"Artıq "don geyinmiş oğlanlar" ABŞ ordusunun diqqətini yayındırmayacaq".
ARHD.AZ -ın REN TV-yə istinadən xəbərinə görə, bu sözləri Pentaqon rəhbəri Pit Heqset Texas ştatında müdafiə nəhəngi "Lockheed Martin" zavodunda çıxışı zamanı söyləyib.
"Biz diqqəti yayındıran şeylərdən qurtulmaq istəyirik. Artıq hər hansı DEI (İnklüzivlik, bərabərlik və müxtəliflik siyasəti), heç bir "don geyinmiş oğlanlar" olmayacaq", - deyə o bildirib.
Heqset əlavə edib ki, əvvəlki ABŞ administrasiyaları zamanı Birləşmiş Ştatların hərbi-sənaye kompleksinin imkanları xarici ölkələrə həvalə olunub, lakin Donald Trampın prezidentliyi dövründə bu vəziyyət kəskin şəkildə dəyişəcək.
Onun fikrincə, ABŞ-də silah və komponentlərin müstəqil istehsalı yoxdursa, güclü ordunun olması da mümkün deyil.






















