ABŞ-nin Venesuelaya müdaxiləsindən və Prezident Nikolas Maduro ilə həyat yoldaşının tutulmasından sonra Venesuela Müdafiə Şurası fövqəladə iclas keçirib.


ARHD.AZ  xəbər verir ki, iclasda çıxış edən vitse-prezident Delsi Rodrigez ABŞ-dən Prezident Maduronun dərhal azad edilməsini tələb edib.


Rodrigez ölkədə sakitliyin qorunmasına və milli müdafiənin gücləndirilməsinə çağırış edib.


“Venesuela heç bir ölkənin müstəmləkəsi olmayacaq”, - deyən Rodrigez Nikolas Maduronu ölkənin yeganə qanuni prezidenti kimi təqdim edib.


O, ABŞ administrasiyasını beynəlxalq hüququ pozmaqda ittiham edib:


“Venesuelaya qarşı edilənlər tarix və ədalət qarşısında cavabsız qalmayacaq”.


Rodrigez ölkədə vəziyyətin hazırda nəzarət altında olduğunu və bu sabitliyin qorunacağını vurğulayıb.

Baxış sayı: 3 731

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə