Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.


ARHD.AZ  xəbər verir ki, məktubda deyilir:


“Hörmətli cənab Prezident.


Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.


Xatırladaq ki, yanvarın 1-də Alp dağlarındakı Kran-Montana xizək kurortunda yerləşən “Le Constellation” adlı barda güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, 115 nəfər isə xəsarət alıb.

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə