Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Bakı, 17 mart, ARHD.AZ


Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniyanın Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu ünvanlayıb.

ARHD.AZ xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Baxış sayı: 6 382

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə