Ötən gün Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.


ARHD.AZ  xəbər verir ki, iclasda “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.


Sonra “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun qərar layihəsi müzakirə edilib və qəbul olunub.


“Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Plenumun qərar layihəsinin müzakirəsi aparılıb.


İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Plenumun qərar layihəsi də qəbul edilib.


Eyni zamanda 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Sumqayıt Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

 

Baxış sayı: 2 874

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə