Bu gün Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib. 


ARHD.AZ  xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. 


Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib. İsmət Əliyev, Zemfira Meftaxetdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yeni seçilən heyətə uğurlar arzulayıb. 


Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.

Baxış sayı: 2 773

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə