Dekabrın 15-16-da Parisdə müdafiə məsələləri üzrə Ermənistan-Fransa ikitərəfli strateji məsləhətləşmələri keçirilib.


ARHD.AZ -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Məlumata görə, məsləhətləşmələr çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyan Fransa Silahlı Qüvvələri Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiyalar Departamentinin yeni təyin olunmuş rəisi Giyom Olanye ilə görüşüb.


Nümayəndə heyətləri daha sonra departamentin rəis müavini general-leytenant Erik Patye ilə danışıqlar aparıblar. 2025-ci ilə qədər görülən işlər ümumiləşdirilib və növbəti il üçün proqramlar müəyyənləşdirilib.


Məsləhətləşmələrdən sonra Ermənistan və Fransa arasında 2026-cı il üçün Müdafiə Əməkdaşlıq Proqramı imzalanıb ki, bu da Silahlı Qüvvələrin həyati əhəmiyyətli fəaliyyətinin praktiki olaraq bütün sahələrində onlarla tədbirləri əhatə edir.


Müdafiə məsələləri üzrə növbəti strateji məsləhətləşmələrin İrəvanda keçirilməsi qərara alınıb.

Baxış sayı: 2 881

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə