Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilib.


ARHD.AZ  xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək önünə əklil və gül dəstələri qoyublar.


Daha sonra qurultay işinə başlayıb.


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin qurultay iştirakçılarına salamlama məktubunu oxuyub.


Reqlamentə uyğun olaraq, qurultayın rəyasət heyəti, mandat, redaksiya və hesablayıcı komissiyalarının tərkibi və katiblik seçilib, gündəlik təsdiqlənib.


Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş komissiyasının hesabatları, eləcə də yeni nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da AHİK-in VIII Qurultayı işini başa çatdırıb.

Baxış sayı: 3 744

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə