Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib.


ARHD.AZ  Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.


Xatırladaq ki, bir müddət əvvəl Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat üzrə rəis müavini, general-leytenant Cavid Abdullayevə ikinci vəzifə verərək onu Atçılıq Federasiyasının vitse-prezidenti təyin etmişdi.

Baxış sayı: 2 895

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə