Bu gün İqtisadi Şura və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) birgə iclası keçirilib.


ARHD.AZ  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.


Xəbərdə qeyd edilir ki, Baş nazir, İqtisadi Şuranın və AİH-in MŞ-nın sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, şirkətin həyata keçirdiyi layihələr, onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.


Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov və AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.


Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın üzvləri müzakirələr aparıb. İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.

 

Baxış sayı: 2 768

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə