ABŞ hakimiyyəti 2025-ci ilin yanvar ayından indiyədək immiqrasiya ilə bağlı olmayan 85 min vizanı ləğv edib. 


ARHD.AZ  CNN-ə istinadən xəbər verir ki, bu göstərici ötənilki nəticələri iki dəfədən çox üstələyir. 


Ləğv olunanlardan 8 mini tələbə vizasıdır. 


Bu qərarın qanunvericiliyin pozulması və milli təhlükəsizliyin gücləndirilməsi tədbirləri ilə əlaqədar olduğu bildirilir. 


Vizalar daha çox sərxoş vəziyyətdə nəqliyyat idarəetmə, hücum və oğurluq kimi hüquq pozuntularına yol vermiş əcnəbilərdən geri alınıb. 


Məlumata görə, Dövlət Departamenti bununla bağlı sosial şəbəkələrin yoxlanmasını gücləndirib, vizanın ləğvi üçün əsaslar siyahısı genişləndirib. 

Baxış sayı: 2 663

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə