"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan poliklinikalarda yeni elektron növbə sistemi qurulur".
ARHD.AZ -ın məlumatına görə, bunu Birliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusundakı təlimdə deyib.
O bildirib ki, artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır:
"Bu, indiyədək qurulan sistemdən fərqlənir. Hazırda sistem texniki sınaqdan keçirilir. Sözügedən sistem növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq".























