Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək.


ARHD.az  xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill məlumat verib.


"Dekabrın 9-da, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Almaniya kansleri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq", - deyə Hill bildirib.


Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.

Baxış sayı: 2 771

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə