Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak istefasından bir neçə saat sonra cəbhəyə getmək niyyətini açıqlayıb.


ARHD.AZ  xəbər verir ki, o, "New York Post" qəzetinə yazdığı məktubda belə fikir səsləndirib.


"Mən cəbhəyə gedirəm və istənilən repressiyaya hazıram. Zelenskiyə problem yaratmaq istəmərəm, buna görə də belə qərar verdim", - deyə Yermak bildirib.


Qəzetin yazdığına görə, keçmiş Ukrayna rəsmisi cəbhəyə nə vaxt və hansı formada getmək niyyətində olduğunu açıqlamayıb.


Xatırladaq ki, noyabrın 28-də korrupsiyaya qarşı mübarizə orqanlarının əməkdaşları Yermakın mənzilində və ofisində axtarışlar aparıb. O, özü də bunu təsdiqləyib. Daha sonra Zelenski Yermakın istefa verdiyini açıqlayıb.

Baxış sayı: 2 443

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə