Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib

Moskva, 23 iyun, ARHD.AZ





Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib


Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşündə respublikaya vurulan zərbələri heç bir əsası olmayan səbəbsiz təcavüz adlandırıb.

ARHD.AZ xəbər verir ki, Rusiyanın dövlət başçısı vurğulayıb: “Bu, İrana qarşı tamamilə əsassız təcavüzdür, onun heç bir əsası yoxdur”. O qeyd edib ki, Moskvanın bu məsələ ilə bağlı mövqeyi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yaxşı məlumdur və aydın şəkildə bəyan edilir. Xarici İşlər Nazirliyinin daha əvvəl dərc olunmuş bəyanatına görə, Rusiya Birləşmiş Ştatların İrandakı nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləyir və təcavüzə son qoymağa, həmçinin siyasi və diplomatik yola qayıtmağa çağırır.

İranın xarici işlər naziri Abbas Araqçi söhbət zamanı iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. O deyib: “Münasibətlərimiz çox yaxın və yaxşıdır. Son illər onlar strateji xarakter alıb”. Nazir qeyd edib ki, İran qlobal təhlükəsizliklə bağlı bütün sahələrdə Rusiya ilə daimi məsləhətləşmələr aparır.

A.Araqçi görüş əsnasında Rusiya Prezidentinə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei və İran Prezidenti Məsud Pezeşkianın xoş arzularını çatdırıb. O, Tehranın nüvə proqramı üzrə danışıqlarda Rusiyanın konstruktiv roluna görə minnətdarlığını bildirib və Moskvanın dinc nüvə enerjisi sektorunda İranın etibarlı tərəfdaşı olaraq qaldığını vurğulayıb.

Baxış sayı: 3 459

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə