Ankara, 31 yanvar ARHD.AZ


 

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler Lefkoşada Rauf Denktaş və Fazıl Küçük adına II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunda iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Milli Məclisinin bir qrup deputatını, QHT nümayəndələrini və jurnalistləri qəbul edib.

ARHD.AZ  xəbər verir ki, 31 yanvar tarixində start götürəcək simpoziumda Azərbaycan və Qazaxıstan da daxil olmaqla, 12 ölkədən 52 qonaq iştirak edəcək.

Görüşdə iştirak edən tədbirin təşkilatçısı, Türk Birliyi Həmrəylik Assosiasiyasının (Türk-Bir) sədri professor Güvən Arıklı bildirib ki, simpoziumun hədəfi dünya ictimaiyyətinin ŞKTC reallıqları barədə bilgilərini artırmaqdır.

ŞKTC parlamentinin spikeri öz növbəsində bu cür əhəmiyyətli təşəbbüslərə dəstək verməyə hazır olduğunu qeyd edib.

Milli Məclisin deputatı Anar İsgəndərov əminliklə bildirib ki, Azərbaycan dövləti Kipr türklərini dəstəkləyir. Deputat Jalə Əliyeva isə Şimali Kiprin azad, müstəqil və dinc inkişafının bütün türk dünyası üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baxış sayı: 6 805

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]