Ukrayna və Böyük Britaniya müdafiə məqsədilə 2,26 milyard funt sterlinq dəyərində saziş imzalayıb

Kiyev, 2 mart, ARHD.AZ



Ukrayna və Böyük Britaniya müdafiə məqsədilə 2,26 milyard funt sterlinq dəyərində saziş imzalayıb


Ukrayna müdafiə ehtiyacları üçün G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsü çərçivəsində 2,26 milyard funt sterlinq alacaq. Bununla bağlı Ukrayna və Britaniya tərəfləri müvafiq saziş imzalayıb.

Bu barədə ARHD.AZ Ukrayna Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Reyçel Rivz Ukraynanın müdafiəsi üçün 2,26 milyard funt sterlinq (2,8 milyard dollardan çox) alması barədə saziş imzalayıblar.

Onlayn keçirilən mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer iştirak ediblər.

Vəsait ümumi həcmi 50 milyard ABŞ dolları olan G7 Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsü mexanizminin tərkib hissəsidir. Kreditə xidmət göstəriləcək və immobilizasiya edilmiş Rusiyanın suveren aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək.

Rivz deyib ki, Britaniya Rusiya işğalına qarşı mübarizədə Ukraynaya tam dəstəyini davam etdirir.

Eyni zamanda, o, ölkəsinin Ukraynanı dəstəkləmək üçün lazım olan qədər ildə 3 milyard funt sterlinq ayırmağı öhdəsinə götürdüyünü xatırladıb və bu vəsaitin ilk tranşının yaxın bir neçə gün ərzində ayrılacağını bildirib.

Xatırladaq ki, Starmer martın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş zamanı o, Zelenskiyə Böyük Britaniyanın tam dəstəyini ifadə edib.

Baxış sayı: 6 448

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə