
Ankara, 26 fevral, ARHD.AZ
Rəcəb Tayyib Ərdoğan: Xocalı faciəsinin ağrısını heç vaxt unutmayacağıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmayacağını bildirib.
ARHD.AZ xəbər verir ki, Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında deyilir: “Xocalı faciəsinin 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşların xatirəsini dərin ehtiramla yad edirəm. Biz Xocalı faciəsinin ağrısını heç vaxt unutmayacağıq, itkilərin ağrı-acısını qəlbimizdə daşıyacağıq. Kədərdə və sevincdə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.