Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Bakı, 16 fevral, ARHD.AZ


Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir


Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya bu ölkənin milli bayramı münasibətilə məktub ünvanlayıb.

ARHD.AZ xəbər verir ki, məktubda Gitanas Nausedaya və Litva xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı bildirib: “Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Baxış sayı: 4 309

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə