
Rəsmi Təbrik Bəyannaməsi
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, yüksək humanizm və vətənpərvərlik dəyərlərinin daşıyıcısı Mehriban xanım Əliyevanın doğum günü münasibətilə onu səmimi qəlbdən təbrik edirik.
Mehriban xanım Əliyeva dövlət idarəçiliyində, ictimai-siyasi fəaliyyətində, humanitar və mədəni layihələrində göstərdiyi xidmətlərlə Azərbaycan xalqının sevgisini və beynəlxalq ictimaiyyətin hörmətini qazanmışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə həyata keçirdiyi layihələrlə ölkəmizin inkişafına böyük töhfə vermişdir.
Mehriban xanımın zərafəti, incəliyi, insanlara olan qayğısı, xeyirxah əməlləri və milli-mənəvi dəyərlərə sadiqliyi onu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda nümunəvi bir şəxsiyyət kimi tanıtmışdır. Onun fəaliyyəti Azərbaycanın dünyada layiqli şəkildə təmsil olunmasına, mədəniyyətimizin və multikultural dəyərlərimizin tanıdılmasına mühüm töhfələr verir.
Bu əlamətdar gündə biz Mehriban xanım Əliyevaya möhkəm sağlamlıq, uzun ömür, yeni uğurlar və dövlətimizə, xalqımıza göstərdiyi xidmətlərində davamlı nailiyyətlər arzulayırıq.
Doğum gününüz mübarək, Mehriban xanım!
Sizə səmimi ehtiram və dərin minnətdarlıqla
ARHD.AZ ictimai-siyasi informasiya agentliyinin rəhbərliyi






















