Ədliyyə Nazirliyi üzrə bəzi normativ hüquqi aktların ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI
KOLLEGİYA QƏRARI
№ 9-N
Bakı şəhəri 15 avqust 2025-ci il
Ədliyyə Nazirliyi üzrə bəzi normativ hüquqi aktların ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin
19-cu bəndini rəhbər tutaraq Kollegiya
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 22 dekabr
tarixli 26-N nömrəli qərarı və 2023-cü il 27 dekabr tarixli 20-N nömrəli qərarının 1-5-ci
hissələri ləğv edilsin.
2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi təmin olunsun (E.Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün
(L.Hüseynzadə).
4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla
bağlı məlumatlandırmanı həyata keçirsin.






















