Bonn, 18 iyun, ARHD.AZ




Saymon Stil: iqlim çoxtərəfliliyi son COP-larda mühüm irəliləyişlərlə nəticələnib


Son 30 saat çətin keçdi. Bu, qarşılaşdığımız təcili vəziyyəti əks etdirmədi. Bəli, məsələlər qəliz idi – adətən olduğu kimi. Lakin indi konsensus əldə olunub. Əməkdaşlıq və kompromis sayəsində yaranmış çıxılmaz vəziyyət aradan qaldırılıb.

ARHD.AZ xəbər verir ki, bu fikirləri BMT İDÇK-nin icraçı katibi Saymon Stil Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyasının- SB62-nin ikinci hissəsinin açılışında deyib.

Saymon Stil paralel olaraq bir sıra mandatlaşdırılmış mühüm tədbirlər üzrə işlərin davam etdiyini də vurğulayıb: “Qlobal Uyğunlaşma Məqsədləri (GGA) üzrə seminar, Okean Dialoqu və Şarm-əş-Şeyx Dialoqu çərçivəsində seminar artıq davam edir. İndi biz bu işləri irəli aparmalıyıq”.

S.Stil bildirib ki, vaxt itkisinin əvəzini çıxmaq üçün praktiki üsullar nəzərdən keçirilir və tədbirin keçirildiyi məkanın işləmə saatları uzadıla bilər.

“Bir məqama da toxunmaq istəyirəm. Hətta qeyri-kamil olsa belə, hətta heç bir ölkə və ya qrup bütün istədiklərini əldə etməsə də, iqlim çoxtərəfliliyi son COP-larda mühüm irəliləyişlərə gətirib çıxarıb. Lakin bu aydındır ki, daha çox və daha sürətli addımlar atmaq lazımdır. Biz dünyaya sübut etməliyik ki, iqlim əməkdaşlığı nəticə verir – xüsusən də hazırku vəziyyətdə. Əgər COP30-un daha bir qlobal irəliləyişə səbəb olmasını istəyiriksə, qarşıdakı səkkiz gün ərzində gündəlikdəki bütün istiqamətlər üzrə konkret nəticələr əldə olunmalıdır,” – deyə S.Stil qeyd edib.

Baxış sayı: 6 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə