Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirirəm. Əlaqələrimizin ikitərəfli əsasda, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da inkişafına ümid edirəm.

Allah-taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

 


Hacı Həssənal Bolkiah

Bruney-Darüssalamın Sultanı

Baxış sayı: 5 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə