Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu bayram suveren Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafının, çoxəsrlik zəngin tarixinin, ənənələrinin, nəsillərin qırılmaz əlaqəsinin rəmzidir.

Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası iqtisadiyyatın bütün sahələrində inamla irəliləyir, regional və dünya gündəminin aktual məsələlərinin həllində mühüm rol oynayır.

Avrasiya İqtisadi Komissiyası adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Bakıtcan Saqintayev

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə