Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

 

Bakı, 15 mart, ARHD.AZ



Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib


Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən ARHD.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

Baxış sayı: 5 676

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə