Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Bakı, 13 mart, ARHD.AZ



Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.

ARHD.AZ xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.

Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.

Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri yüksək qiymətləndirildi.

Baxış sayı: 5 449

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə