“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-37.4-cü maddələri iləndə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarətin və həmin Qanunun 37.3-37.5-ci maddələrində nəzərdə tutulmuş uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-37.4-cü maddələri iləndə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarətin və həmin Qanunun 37.3-37.5-ci maddələrində nəzərdə tutulmuş uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 12 ” “ mart ” 2025-ci il
№ 75