“Fövqəladə ehtiyatların nomenklaturası”nın təsdiq edilməsi və “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə ehtiyatların nomenklaturası” təsdiq edilsin (əlavə olunur).

2. “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2023, № 4, maddə 606 (Cild I) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi və digər məsul saxlayıcılar bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 12 ” “ mart ” 2025-ci il

№ 70

Baxış sayı: 3 591

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə