Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 may tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının QƏRARI
AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 3-13/Q9/2025
Bakı şəhəri
25 fevral 2025-ci il
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 may
tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında
Təlimat”da dəyişiklik edilməsi barədə
“Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi
hаqqındа” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1134-VIQD nömrəli
Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il 16 may tarixli 264s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını
təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 12
may tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında
Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.11-ci və 8.6-cı bəndlərdən “hal şahidlərinin iştirakı ilə” sözləri çıxarılsın;
1.2. 10.3.5-ci yarımbənddə “iştirakçıları və iki hal şahidinin iştirakı ilə” sözləri
“iştirakçılarının iştirakı ilə fasiləsiz videoçəkiliş aparılmaqla” sözləri ilə əvəz edilsin;
1.3. 10.3.7-ci yarımbəndin üçüncü cümləsindən “və iki hal şahidi” sözləri çıxarılsın;
1.4. 13.14-cü bəndin ikinci cümləsindən “iki hal şahidinin iştirakı ilə” sözləri
çıxarılsın;
1.5. Təlimata 17 nömrəli əlavədə “Hal şahidləri:” sözləri “Şahidlər” sözü ilə əvəz
edilsin;
1.6. Təlimata 19 nömrəli əlavədən “bu halda iki hal şahidinin iştirakı ilə” sözləri
çıxarılsın;
1.7. Təlimata 21 nömrəli əlavə yeni redaksiyada verilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat
müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri
general-polkovnik
Vilayət Eyvazov
“Yol-patrul xidməti haqqında Təlimat”a
21 nömrəli əlavə
Nəqliyyat vasitəsinə baxış haqqında
P R O T O K O L
_______________________________________
(tərtib edildiyi yer)
“______”___________________ il
(tarix)
Mən __________________________________________________________________________
(tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)
bu protokolu İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsinin tələbinə müvafiq
olaraq ona görə tərtib etdim ki, tərəfimdən ________________________________________
______________________________________________________________________________
(nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı, ünvanı)
______________________________________________________________________________
(baxış keçirilməsi üçün əsas)
______________________________ markalı,
_______________________________ modeli
________________________________ tipli,
______________________________ dövlət
qeydiyyat nişanlı, ____________________ VİN olan nəqliyyat vasitəsinə baxış keçirildi.
Nəqliyyat vasitəsinə baxış zamanı fasiləsiz videoçəkilişdən istifadə edildi _____________
Maddi sübutların qeydə alınması zamanı fotoşəkildən də istifadə edilmişdir __________
baxış zamanı aşkar olunan əşyaların eyniləşdirmə əlamətləri ________________________
sənədlərin növü _______________________________________________________________
rekvizitləri ____________________________________________________________________
Protokolu tərtib edən şəxsin imzası ______________________________________________
Nəqliyyat vasitəsinin sahibinin imzası: ___________________________________________
______________________________________________________________________________