“Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.17-ci yarımbəndinin və 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ fevral ” 2025-ci il
№ 27