Baş katib: Azərbaycan güclü əməkdaşlıq nümunəsi nümayiş etdirib VİDEO

Bakı, 19 fevral, ARHD.AZ


Baş katib: Azərbaycan güclü əməkdaşlıq nümunəsi nümayiş etdirib VİDEO


Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi. Assambleya qarşıda duran proqramları Azərbaycanın sədrliyi ilə tam yerinə yetirib.

ARHD.AZ xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı deyib.

"Bu dünyada millətlər, dövlətlər müxtəlif çağırışlarla üzləşir. Parlament diplomatiyası daha da gücləndirilməlidir ki, beynəlxalq sülhün və təhlükəsizliyin dağılmasının qarşısını ala bilək. Bu gün parlament üzvləri kimi əlimizdən gələni etməliyik", - deyə Baş katib qeyd edib.

Baxış sayı: 4 259

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə