Xərçəngin erkən mərhələdə aşkarlanması məqsədilə tədqiqat aparılacaq

London, 31 iyul, ARHD.AZ




Xərçəngin erkən mərhələdə aşkarlanması məqsədilə tədqiqat aparılacaq


Qan analizi vasitəsilə 10 fərqli xərçəng növünü erkən mərhələdə aşkar etmək mümkün ola bilər.

ARHD.AZ “Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyada bununla bağlı həyata keçirilən “Enlighten” layihəsi çərçivəsində tədqiqat aparılacaq.

Tədqiqata 1000 xəstənin cəlb edilməsi planlaşdırılır. Mütəxəssislər sınaq zamanı sidik kisəsi, döş, ağciyər, prostat, yumurtalıq, mədəaltı vəzi, qida borusu və böyrək şişləri olan xəstələrdən qan nümunələri götürəcəklər. Bundan əlavə, yoğun bağırsaq şişləri və dəri xərçəngi olan melanom xəstələri də sınağa cəlb ediləcəklər.

Alimlər bildirirlər ki, bu tədqiqat digərlərindən fərqlənəcək və xərçənglə bağlı daha erkən mərhələdə dəqiq diaqnoz qoymaq imkanına malik ola bilər.

Baxış sayı: 6 586

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə