Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək VİDEO

Bakı, 15 mart, ARHD.AZ



Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək 


Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiyanın artıq 9 iclası baş tutub.

ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

“Demək olar ki, sənədlərini təqdim etmiş əksər mütəxəssislərlə görüşlər keçirilib.

Onların sənədləri təftiş olunub. Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq və Səhiyyə Nazirliyi bu təhqiqatlarla əlaqədar rəsmi açıqlama verəcək”, - deyə T.Musayev əlavə edib.

Nazir xatırladıb ki, ötən il dekabrın 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının açılışı olub. “Azərbaycan həmin akademiyanın onlayn istifadəsini tətbiq etmək istəyir. Bu barədə ÜST ilə razılığa gəlinib. Onlayn akademiyada əsasən iqlim dəyişikliyinin qlobal səhiyyəyə təsirləri öyrəniləcək”, - deyə Teymur Musayev əlavə edib.

Baxış sayı: 5 755

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə