Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur VİDEO

Bakı, 15 mart, ARHD.AZ



Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur 


Azərbaycan səhiyyəsində məqsədli şəkildə rəqəmsallaşma gedir və süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur. Bu, müəyyən mərhələlərdə hətta müəyyən istiqamətlərdə, əsasən, hələlik radiologiyada tətbiq olunur.

ARHD.AZ xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

“İnanırıq ki, yaxın zamanlarda bu tətbiq digər tibbi sahələri də əhatə edəcək”, - deyə nazir bildirib.

Tibbi sığorta zərfində xidmətlərin genişləndiriləcəyini diqqətə çatdıran nazir deyib: “Hazırda tibbi sığorta zərfinə 3315-dən çox tibbi xidmət daxil edilib. İldən-ilə bu siyahı genişləndirilir. İnanırıq ki, bu il də siyahıya müəyyən tibbi xidmətlər əlavə ediləcək”.

Baxış sayı: 4 657

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə