Qazax, 25 fevral, Vüsalə Cənnətova, ARHD.AZ


Qərb bölgəsində Xocalı soyqırımı şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılıb


Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən ən böyük soyqırımıdır” adlı tədbir təşkil edilib.

ARHD.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir iştirakçıları “Xocalı faciəsini unutma” adlı kitab və rəsm sərgisinə tamaşa ediblər. Məktəblilərin ifasında Xocalı soyqırımına həsr edilən şeirlər, musiqilər səsləndirilib. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda törətdiyi cinayətlərdən söz açılıb. XX əsrin qanlı faciəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına yönəlmiş “Xocalıya ədalət” kampaniyasının Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirildiyi diqqətə çatdırılıb.

Ağstafada da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə soyqırımı həqiqətlərinə həsr edilən videoçarxlar nümayiş etdirilib. "Ana fəryadı" adlı tamaşa təqdim edilib. Vurğulanıb ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı aksiya olmaqla yanaşı, həm də etnik təmizləmə siyasətinin nəticəsi və cinayət idi. Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilib və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunub.

Gədəbəydə təşkil edilən "Xocalı fəryadı" və "Tarixin qan yaddaşı" adlı tədbirlərdə də soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı. Məktəblilər Xocalı faciəsinə həsr olunan səhnəciklər nümayiş etdiriblər, şeirlər səsləndiriblər. Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi, rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən, Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdə çıxış edənlər də ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən, cinayətlərdən söz açıblar. Xocalı soyqırımına həsr olunmuş “Danışır Xocalı” sənədli film nümayiş etdirilib, fotostendə baxış keçirilib.

Baxış sayı: 5 342

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə