Mərakeş qabaqcıl zirehli texnika istehsal etməyə hazırlaşır

Bakı, 15 iyul, ARHD.AZ




Mərakeş qabaqcıl zirehli texnika istehsal etməyə hazırlaşır


Mərakeşdə “WhAP 8x8” qabaqcıl yerüstü döyüş zirehli maşınlarının yerli istehsalına yönəlmiş irimiqyaslı hərbi-sənaye layihəsinin başlanması üçün praktiki hazırlıqlara başlanılıb.

ARHD.AZ Mərakeşin “Akhbarona” internet qəzetinə istinadla xəbər verir ki, layihə Berrəşid bələdiyyəsində “TATA Advanced Systems Maroc (TASM)” adı altında yaradılacaq sənaye obyektinin ərazisində həyata keçiriləcək.

İddialı hərbi layihə çərçivəsində cəmi 400 ədəd “WhAP 8x8” zirehli maşın istehsal olunacaq, onlardan 150-si bir neçə döyüş konfiqurasiyası və rolunda Mərakeş Kral Silahlı Qüvvələrinə veriləcək.

Zavod işə salındıqda istehsalın inteqrasiya səviyyəsi 35 faiz təşkil edəcək və tədricən 50 faizə yüksələcək. Tikinti işlərinin maksimum 36 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Zavod ildə 100 zirehli maşın istehsal edə biləcək, burada 90-a yaxın daimi və 250 dolayı iş yeri yaradılacaq. “Akhbarona” yazır ki, bu addımı milli hərbi istehsal sektorunda keyfiyyət sıçrayışı adlandırmaq olar.

Layihə Mərakeş üçün müdafiə sənayesində yeni strateji üfüqlər açır, həmçinin gələcək çağırışlarla üzləşmək üçün texnoloji və hərbi müstəqilliyə arxalanan regional aktor kimi ölkənin mövqeyini gücləndirir.

Baxış sayı: 7 868

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə