“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə gəliblər

Bakı, 5 iyul, ARHD.AZ



“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə gəliblər


Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstan Respublikasından cəlb olunan heyət ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən ARHD.AZ-a bildirilib ki, HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

Baxış sayı: 7 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə