Bakı, 2 fevral, ARHD.AZ

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 Fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən ARHD.AZ-a bildirilib ki, tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlarla çıxış ediblər.

Baxış sayı: 3 133

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə