Bakı, 4 mart, ARHD.AZ


Müdafiə Nazirliyinin istehkamçılarına ANAMA tərəfindən təlimlər keçirilib


Minatəmizləmə Agentliyi tərəfindən Müdafiə Nazirliyinin müvafiq şəxsi heyətinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib.

Bu barədə ARHD.AZ-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, üç həftədən artıq davam edən nəzəri və praktiki təlimin əsas məqsədi təlimə cəlb edilmiş istehkamçılara humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqları öyrətməkdir.

Təlim Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən şəhərciyində həyata keçirilib. Şəxsi heyətə humanitar minatəmizləmə əməliyyatlarında tətbiq edilən minaaxtarma cihazları, alət və avadanlıqların istifadə qaydaları, humanitar minatəmizləmə və döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklər paylaşılıb.

Təlimi müvəffəqiyyətlə tamamlayan müdavimlərə ANAMA tərəfindən müvafiq şəhadətnamələr təqdim olunub.

Baxış sayı: 6 536

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə