Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak ölkəsini yenidən “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşır. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb. 


Bildirilib ki, o, Norveçin milli seçim yarışı olan “Melodi Grand Prix 2026”da iştirak edəcək. Belarus əsilli ifaçı fevralın 28-də baş tutacaq milli seçimlərə “Rise” adlı yeni mahnı ilə qatılacaq. “Melodi Grand Prix 2026”nın qalibi Norveçi “Eurovision 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ əldə edəcək. 


Xatırladaq ki, Aleksandr Rıbak iki dəfə Norveçi bu beynəlxalq mahnı müsabiqəsində təmsil edib. “Eurovision 2009”da “Fairytale” mahnısını ifa edən müğənni 387 xalla yarışın qalibi olub. O, ikinci dəfə 2018-ci ildə “That's How You Write a Song” treki ilə müsabiqəyə qatılsa da, bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməyib və finalda 15-ci yeri tutub.

Baxış sayı: 2 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə