Şəki, 13 may, ARHD.AZ


Mayın 13-də Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi açılıb.

Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə icra hakimiyyətinin və regional idarənin rəhbər şəxsləri, rəssamlar, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Bu barədə ARHD.AZ-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edənlər M.Q.İrəvaninin yaradıcılığından geniş söz açıblar. Qeyd olunub ki, İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Sərgidə Şəki şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəssamın əsərlərini əks etdirən rəsmləri sərgilənib.

Tədbirdə şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında maraqlı musiqi kompozisiyaları təqdim olunub.

Baxış sayı: 4 529

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə