Bakı, 2 aprel, ARHD.AZ



Beynəlxalq Muğam Mərkəzində növbəti konsert


Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğamat axşamı” adlı konsert proqramı təqdim olunub.

Mərkəzdən ARHD.AZ-a bildirilib ki, böyük anşlaqla keçən konsertdə Əməkdar artistlər Babək Niftəliyev, Arzu Əliyeva, BMM-nin solistləri Vəfa Vəzirova, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Mirələm Mirələmov, Kamilə Nəbiyeva muğam və təsniflərdən ibarət proqramla dinləyicilərin qəlbini oxşayıblar.

İfaçıları BMM-nin solisti Rövşən Qurbanovun (tar) rəhbərliyi ilə instrumental ansambl – Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Rafael Əsgərov (balaban), Amil Mustafayev (nağara), Vasif Yusublu (ud) və Adəm Zərbəliyev (balaban) müşayiət ediblər.

Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə çatdırmaqdır.

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə