Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Bakı, 24 mart, ARHD.AZ




Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb


Bu il Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illik yubileyi tamam olur. ARHD.AZ xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb. Sərgi kitabxananın rəsmi saytında yerləşdirilib.

Materialda görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri, bəstələdiyi müsiqi əsərləri, uşaqlar üçün yazılan ilk böyük səhnə əsəri “Qaraca qız” baletinin müəllifi olması qeyd edilir. Virtual kitab sərgisində zəngin yaradıcılığa malik Əşrəf Abbasovun müəllifi olduğu mahnı və romanslar, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün bəstələdiyi əsərlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq artistinin həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar, müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, onun haqqında dövri mətbuatda çap olunan məqalələrdən nümunələr nümayiş olunur.

Baxış sayı: 5 693

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə