Bakı, 19 mart, ARHD.AZ


Minskdə, MDB İcraiyyə Komitəsində keçirilən iclasda “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası layihəsi müzakirə olunub.

ARHD.AZ MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun nümayəndələri iştirak ediblər. Onların bir çoxu tədbirə onlayn formatında qatılıb.

Dövlətlərin nümayəndələri “Birliyin Mədəniyyət Paytaxtları” Dövlətlərarası Proqramı çərçivəsində layihənin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Onlar, həmçinin “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası təşəbbüsü ətrafında fikir mübadiləsi aparıblar. Yenidən işlənmiş Konsepsiya layihəsinin baxılması üçün MDB iştirakçısı olan Dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclaslarına təqdim edilməsi tövsiyə olunub.

İclasda BDB iştirakçısı olan ölkələrin xalqları arasında mədəni əlaqələrin daha da gücləndirilməsi üzrə layihələrin dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rolu vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının Zirvə toplantılarında da humanitar əməkdaşlıq prioritet məsələ kimi müzakirə olunur.

Baxış sayı: 2 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə