Vyana, 14 mart, ARHD.AZ

Novruz bayramı ərəfəsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub.

ARHD.AZ xəbər verir ki, ekskursiya zamanı Vyanadakı beynəlxalq məktəblərdən birinin bir qrup şagirdinə Azərbaycan barədə, onun coğrafi mövqeyi, milli adətləri və mətbəxi, Novruz bayramı barədə məlumat verilib, Azərbaycan haqqında cizgi filmi nümayiş etdirilib. Həmçinin Mərkəzin dil kurslarının müəllimi Yaqut Abdallanın köməyilə uşaqlara Azərbaycan dilində sözlər və ifadələr öyrədilib. Sonra uşaqlar Mədəniyyət Mərkəzi ilə tanış olublar, kitabxana, nümayiş olunan sərgi və eksponatlara baxıblar.

Daha sonra “Cırtdan“ Azərbaycan xalq nağılının motivləri əsasında kukla tamaşası Mərkəzin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizovanın təqdimatında alman dilində nümayiş olunub. Ağıllı, cəsarətli və çevik balaca qəhrəmanın çətin vəziyyətlərdən çıxması, Div üzərində qələbəsi və dostlarını xilas etməsi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Ekskursiya çərçivəsində avstriyalı məktəblilər Novruz ənənələri ilə tanış olublar, yumurta boyayıblar və həmçinin yumurta döyüşdürüblər.

Uşaqlara, həmçinin “Yallı“ rəqsi öyrədilib.

Yekunda uşaqlara Novruz hədiyyələri təqdim olunub.

Şagirdləri müşayiət edən müəllim heyəti və valideynlər ekskursiyadan böyük məmnunluq ifadə ediblər, gələcəkdə digər siniflərin tanışlıq ekskursiyalarında da maraqlı olduqlarını söyləyiblər.

Baxış sayı: 4 325

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə