BƏƏ-də Azərbaycanın turizm imkanlarından bəhs edən film nümayiş olunub

Qahirə, 5 mart, ARHD.AZ



BƏƏ-də Azərbaycanın turizm imkanlarından bəhs edən film nümayiş olunub


BƏƏ-nin Şarcə televiziya kanalında yayımlanan “Rihləti” proqramında Raşid əl-Xəzrəcinin təqdimatında Azərbaycanın turizm imkanları barədə film nümayiş olunub.

ARHD.AZ telekanala istinadla xəbər verir ki, filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, habelə qədim tarixi abidələrindən bəhs edilib. Ekran əsərində, həmçinin Qız qalasının tarixinə toxunulur, onun Bakının əsas rəmzlərindən olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, filmdə Şahdağ turizm mərkəzində yaradılan şərait tamaşaçılara göstərilib. Ekran əsəri kanalın sosial şəbəkə hesablarında da yayımlanıb.

Baxış sayı: 5 438

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə