Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib.


“ARHD.AZ” xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov ölüb.


Bildirilib ki, onun oğlu Nihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında həlak olub.


Qeyd edək ki, “MAN” və “HOWO” markalı yük avtomobillərinin toqquşması nəticəsində daha bir nəfər xəsarət alıb.

Baxış sayı: 2 222

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə