Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.


ARHD.AZ -ın məlumatına görə, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.


Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.


Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı - Vətən müharibəsi qazisi saxlanıldı


İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.

Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.


Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb.

Baxış sayı: 2 045

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə