Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.


ARHD.AZ "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha dörd ay müddətinə uzadılıb.


Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Baxış sayı: 2 905

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə