Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


ARHD.AZ  xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.


Belə ki, kənd sakini Xəyal Quliyev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən yeniyetməni vurub.


Kənd sakini 2010-cu il təvəllüdlü N.T. adlı yeniyetmə qız aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.


Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin durumu ağır qiymətləndirilir.


Qeyd edək ki, hadisəni törədən sürücü və piyada qohumdur.


Faktla bağlı araşdırma aparılır.


***


Biləsuvarda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan yeniyetmə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.


Qeyd edək ki, məktəbli qızı avtomobili ilə vuran Xəyal Quliyev hadisəni anasını əməliyyat üçün xəstəxanaya aparıb. Hadisə o, xəstəxanadan evə dönərkən baş verib. 

Baxış sayı: 2 689

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə